Lindsi Snelli ordumuza "qəddar və zoraki" dedi - Görəsən, ordumuz jurnalisti harda incidib?

4-09-2023, 16:13           
Lindsi Snelli ordumuza "qəddar və zoraki" dedi -
Deməli, Azərbaycan və Türkiyəyə qarşı təxribatçı paylaşımları ilə tanınan ermənipərəst lobbiçi, amerikalı "jurnalist" var, adı Lindsi Snell ... Ermənistanın xəbis dünyada 1 N-li təbliğatçılarından biridir desək yanılmarıq Təsəvvür edin, ermənipərəst ABŞ senatoru Bob Menendesin qadın variantı... Xüsusən, son illər Azərbaycana qarşı o qədər öfkə, nifrət doludurlar ki, sanki Azərbaycanlılardan kimsə bunlara ögey ata münasibəti göstərib.

Xatırlayırsınızsa, yaramaz jurnalist öz sosial şəbəkə hesabında 21-23 iyul tarixlərində keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edən jurnalist və ekspertlərin siyahısını paylaşdı.
O bununla faktiki olaraq bu şəxsləri təqib etməyə çağırır, onların nüfuzuna xələl yetirməyə çalışır və bunu onların guya "Qarabağda 120 min sakini blokadaya alan" ölkədə keçirilən forumda iştirak etmələri ilə əsaslandırıb.


Adalet.az xəbər verir ki, ermənipərəst jurnalist növbəti dəfə X sosial şəbəkəsinin mikrobloqunda bildirib ki, o, heç vaxt Azərbaycan silahlı qüvvələrində olduğu kimi qəddarlıq və zorakılıq görməyib: “Mən əvvəlki kimi Suriyaya gedirəm. Mən İraq, Liviya, Fələstin, Ukrayna və başqa 30 digər ölkədən də reportajlar vermişəm. Mən onlarla orduya,silahlı qruplaşmalara, o cümlədən terrorçulara sızmışam. Bununla belə mən Azərbaycan silahlı qüvvələrinin və onların arxasında duran rejimin bu qədər qəddarlığı və nifrətini heç vaxt qəti şəkildə görməmişəm” – deyə jurnalist yazıb.

Qeyd edək ki, Snell ABŞ-ın Florida ştatındandır, sosial media profilində göstərdiyi kimi Floridada Fordham Universitetini bitirib. Özünü müstəqil videojurnalist kimi tanıdıb və İstanbulda yaşayırdı.

Lindsi Snell müsəlmanlığı qəbul edib, çünki əri müsəlmandır. O, Suriyada və digər münaqişə zonalarında videoreportajlar hazırlayaraq bir sıra Amerika və ərəb KİV-lərində yayıb.
2016-cı ildə Lindsi Snell Suriyanın şimalında “Cəbhət ən-Nusra” qruplaşmasının (“Əl-Qaidə”nin Suriya filialı) yaraqlıları tərəfindən oğurlanıb. Özünün bildirdiyi kimi, iki ay zirzəmidə saxlanılıb. Daha sonra sərhədi qeyri-qanuni keçərək Türkiyəyə daxil olduğu üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Hatay vilayətində saxlanılıb. İki ay sonra azadlığa buraxılıb. Lindsi Snell Türkiyə əleydarı və bu ölkə hakimiyyəti əleyhinə reportajları ilə tanınır.


P.S. Əziz və fəxrimiz, Ordumuz! Deyin görüm neynəmisiniz ki, bu Lindsi Snelli bərk incitmisiniz? Onun danışığından elə mənzərə görünür ki, o uzun müddət sizinlə birgə olub, səngərdə, kazarmada... Buna neynəmisiniz, harasını yaralamısınız, yandırmısınız boynunuza alın! Çox ürəyi yana-yana danışır! “Voopşe” neçə nəfər bu gözəlin xətrinə dəyib!?Boynuna alsın!


Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.