"Keçmiş prezidentlərin dəstək verdiyi mitinqin arxasında Rusiya var" - Ermənistanda "taxt oyunları"

4-09-2023, 19:52           
"Keçmiş prezidentlərin dəstək verdiyi mitinqin arxasında Rusiya var" -
Son günlərdə Ermənistan müxalifəti mitinq keçirir. Onlar tələb edirlər ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatlarını geri götürməlidir. "Bu kimi bəyanat nəticəsində Azərbaycan Laçın yolunu bağladı. Paşinyan həm dediklərini geri götürməlidir, həm də istefa verməlidir"-deyə mitinqlərdə qeyd edilib. Mitinqlərdə Ermənistanın keçmiş prezidentləri, Serj Sarkisyan, Robert Köçəryan iştirak edirlər.
TEREF.AZ-ın məlumatına görə, politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda keçirilən mitinqlərdə insanlaırn iştirak sayına baxanda görmək mümkündür ki, burada böyük kütlə iştirak etmir.

Politoloqun fikrincə, Paşinyanın hakimiyyətə gəlməsi heç də öz başına baş verməyib. O, Qərbin birbaşa dəstəyi ilə gələn bir şəxsdir və Qərb Paşinyanın hakimiyyətdən getməsinə qətiyyən imkan vermək niyyətində deyil.

“Düzdür, Robert Köçəryan da Serj Sarkisyan təzyiq etməyə çalışacaq. Əslində, bu təzyiqlər Robert Köçəryan və Serj Sarkisyan başda olmaqla həyata keçirilsə də, arxasında Rusiya dayanır. Bu proses birbaşa Rusiyanın dəstəyi ilə həyata keçirilən bir prosesdir. Eyni zamanda İranın da orada müəyyən izləri var”-deyən poltoloq hesab edir ki, mitinq iştirakçılarının tələblərinin reallaşması yəni, Paşinyanın Azərbaycan ərazi bütövlüyünü tanıması ilə bağlı fikirləri geri götürməsi kimi, sərsəm fikirlərin səsləndirilməsi özü belə yanlışdır, mümkün deyil. Bunu etmək üçün artıq gecdir.

“Tutaq ki, dedi “geri götürürəm”, Azərbaycan Laçın nəzarət buraxılış məntəqəsini yığışdıracaqmı? Xeyr! Qalacaq, münasibət daha da kəskinləşəcək. Paşinyanın istefa verməsi məsələsi hələ ki, gündəm deyil. Hələ Paşinyan hakimiyyətdə uzun müddət qalmaq niyyətindədir. Düzdür, bu mintqlər keçirilir. Əslində o mintiqlər Paşinyanın əlini gücləndirəcək. Çünki Paşinyan bir az çaşacaq. Nə qədər belə mintiqlər keçirilsə də, onun ümumi siyasətinə təsir etməyəcək”-deyə Samir Hümbətov əlavə edib.

Politoloq bildirib ki, hələki Paşinyanın uzaqlaşdırılması görünmədiyi üçün, onun yerinə kimin gələcəyi də məlum deyil. Amma hər bir vəziyyətdə Paşinyanı əvəz edəcək şəxsin Qərbyönümlü olmaq ehtimalı daha çoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.