Cozep Borrel Gürcüstana səfər edəcək

5-09-2023, 00:12           
Cozep Borrel Gürcüstana səfər edəcək
Avropa İttifaqının Xarici siyasət Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Gürcüstana səfər edəcək.

"Unikal" xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi Borrel 7-8 sentyabrda Gürcüstanda səfərdə olacaq.

Bu, Borrelin Aİ-nin Ali Nümayəndəsi kimi Gürcüstana ilk rəsmi səfəridir.

Aİ Xarici Siyasət Xidməti bildirib ki, o, Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləyişini müzakirə edəcək, xarici siyasət və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Səfər zamanı Ali Nümayəndəni Gürcüstan prezidenti Salome Zurabişvili qəbul edəcək. O, həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşəcək.

Cozep Borrel Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşü də planlaşdırılır.

Aİ rəsmisinin parlamentdə olan bütün siyasi partiyaların nümayəndələri ilə görüşmək və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparmaq fürsətindən istifadə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru