“Keşiş siyasətlə məşğuldur, kilsənin işini Koçaryan görəcək?” – Paşinyanın nümayəndəsi yürüşü ələ saldı

6-05-2024, 10:04           
“Keşiş siyasətlə məşğuldur, kilsənin işini Koçaryan görəcək?” –
“Ruhanilər siyasət və bizneslə məşğul olursa bəs dini xadimlərinin işini gör görəcək? Robert Koçəryan?”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə Tavuş vilayətindən İrəvana başlanan yürüşü barədə paylaşımında qeyd edib.

O bildirib ki, “5-ci kolon”dan bu hərakata qoşulmayan qalmayıb: ““Banan” monopolisti, bayraq yandıran “xilaskar”, məşhur korrupsionerlər, Moskvada oturan keçmiş nazir, vaqnerçilərə hədə-qorxu gələn kolxoz agenti, cinayətkarlar, klounlar…”-deyə o vurğulayıb.

“Sən demə keşiş Baqrat Koçaryanın müqəddəs qəbi imiş”-deyə Çaxoyan istehza ilə bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.