İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı - FOTO/VİDEO

18-05-2024, 18:14           
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı - FOTO/VİDEO
2024-cü ildə ata və oğuldan (Kris və Mik Braun) ibarət kəşfiyyat qrupu “Okeanik əlçatmazlıq qütbü” və ya “Nemo nöqtəsi” adlandırılan nöqtəyə çatıblar.

Faktiki olaraq, onlar bu ağır səyahəti başa vura bilən və okeandakı bu yerə çatan ilk insanlardır.

Kris Braun britaniyalı sahibkardır. Oğlu ilə “Nemo nöqtəsi”nə çatmaq onun çoxdankı arzusu olub.

Qurudan okeanda belə uzaq bir yerə çatmaq heç də asan deyil, bunun üçün 7 metrlik tufana tab gətirə biləcək uyğun bir gəmi lazımdır. Nəticədə, onlar missiyanı başa çatdıra biliblər: ata və oğuldan ibarət tədqiqat qrupu “Zodiac” qayıqlarına enib və “Nemo nöqtəsi”ndə okeanda üzən ilk insanlar olublar.
“Nemo nöqtəsi” Sakit okeanın cənubunda şərti bir yerdir, yaxınlıqdakı üç quru nöqtədən 2688 km uzaqlıqda yerləşir. Burada okeanın dərinliyi dörd kilometrə yaxındır.


Mənbə: IFLScience












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru