Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
19-05-2024, 00:10
Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.
O, bununla bağlı keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. (Report)