Almaniya Müdafiə Nazirliyi Ukrayna üçün 3.8 milyardlıq vəsait istədi

19-05-2024, 09:50           
Almaniya Müdafiə Nazirliyi Ukrayna üçün 3.8 milyardlıq vəsait istədi
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard avro istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti mənbələrə istinadla yazır.

Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi bu maliyyə ilində Ukraynaya yardım üçün əlavə 3,8 milyard avroya ehtiyac olduğunu bildirib. Qəzet qeyd edir ki, Almaniya hökumətinin bu il Kiyevə hərbi dəstək üçün ayırdığı 7,1 milyard avrodan demək olar ki, hər şey paylanıb, yeni silah və ya sursatların alınmasına isə cəmi 300 milyon vəsait qalıb.

Almaniyanın müdafiə departamentinin rəhbəri Boris Pistorius mayın 15-də kansler Olaf Şolz, mayın 16-da isə maliyyə naziri Kristian Lindnerlə görüşüb. Əlavə vəsait tələbi iyun ayında təsdiq üçün parlamentə təqdim edilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru