Bu il ali məktəblərə qəbul balı arta bilər?

19-05-2024, 08:14           
Bu il ali məktəblərə qəbul balı arta bilər?
“Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq”.

TEREF Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Eləcə də, ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksəkprestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir”, – o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru