Blinken Çinin Tayvan ətrafında dənizdə "artan hərəkətlərini" qınayıb

28-07-2024, 11:34           
Blinken Çinin Tayvan ətrafında dənizdə "artan hərəkətlərini" qınayıb
ABŞ dövlət katibi Antoni Blinken şənbə günü keçirilən sammitdə Pekinin Cənubi Çin dənizində "artmaqda olan və qanunsuz hərəkətlərini" tənqid edib. Tədbirdə Blinkenin rusiyalı həmkarı Vaşinqtonun müttəfiqi Seulla Koreya yarımadasında nüvə çəkindirməsi planının narahatlığa səbəb olduğunu dedi.

Blinken, Cənubi Çin dənizində ABŞ-ın müdafiə müqaviləsi üzrə müttəfiqi Filippinə qarşı düşməncəsinə hərəkətlərinə görə Çini tənqid etsə də, hər iki ölkəni gərginliyi diplomatiya vasitəsilə aradan qaldırdıqları üçün alqışladı.

Blinken şənbə günü Rusiya, Hindistan, Çin, Avstraliya, Yaponiya və Avropa İttifaqının daxil olduğu böyük güclərin diplomatları ilə birlikdə Qəzza və Ukraynadakı münaqişələr, Şimali Koreyanın nüvə ambisiyaları və Cənubi Çin dənizində gərginliklə bağlı müzakirələrin daxil olduğu təhlükəsizlik yönümlü ASEAN Regional Forumunda iştirak edirdi.

Fillipinin İkinci Tomas Şoal adasında kiçik sayda qoşununun olması uzun illərdir ki, Çini qəzəbləndir. Adaya tədarük gətirilməsi zamanı dəfələrlə doqquşmalar baş verib və bunun, nəticədə ABŞ-ın müdaxilə etməyə məcbur olacağı bir münaqişəyə çevrilə biləcəyi qorğusu mövcud idi.

Tərəflər bu həftə həmin tədarük missiyaları necə həyata keçirilməsi barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru