“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” - Putin

19-10-2024, 10:34           
“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” - Putin
“Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.
“İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl dəfələrlə bu barədə danışırdı, ondan əvvəl də nisbətən yumşaq şəkildə bəyan edirdilər, lakin buna baxmayaraq, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu deyirdilər. Belə bir təhlükə Rusiya Federasiyasının müvafiq reaksiyasına səbəb olacaqdır”, - Putin bildirib.
“Dərhal deyə bilərəm: Rusiya heç bir halda buna imkan verməyəcək”, - Rusiya lideri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru