“Müharibəni uduzdu”: Tramp Zelenskini günahlandırır
19-10-2024, 10:44
ABŞ-ın keçmiş prezidenti Donald Tramp uzun müddətdir ki, Ukraynanın qələbə şanslarına və Kiyevə dəstəyi davam etdirməyin məqsədəuyğunluğuna şübhə ilə yanaşıb. Dünənki çıxışında o, prezident Vladimir Zelenskini Rusiya ilə münaqişəyə başlamaqda günahkar elan edib və bunun nəticəsində Ukraynanın böyük zərər gördüyünü qeyd edib.
Bu haqda Amerika mediası yazır.
"USA Today"-in məlumatına görə, Tramp cümə axşamı yayımlanan PBD Podcast üçün podkastda Zelenskinin Ukraynaya yardım xahişlərini tənqid edib
"Mən həqiqətən də bu insanlara rəğbət bəsləyirəm, lakin o (Zelenski) bu müharibənin başlamasına imkan verməməli idi... Müharibəni uduzdu".
Bundan əlavə, o, müharibəyə görə ABŞ-ın hazırkı prezidenti Co Baydeni günahlandırıb.
Ukrayna tərəfdarları, Trampın Rusiya-Ukrayna münaqişəsinin həllini axtarmağı planlaşdırdığını dəfələrlə desə də, prezidentliyə qayıtsa, Kiyevə yardımın dayandırılacağını proqnozlaşdırır. "Hər şey (münaqişə) başlamazdan əvvəl həll edilməli idi" deyir Tramp podkastda. Eyni zamanda o qeyd edib ki, ABŞ-ın “ən azı yarım beyni olan bir prezidenti olsaydı, hər şeyi asanlıqla həll etmək olardı”.
Oktyabrın əvvəlində Tramp Şimali Karolinadakı tərəfdarlarına Zelenskiyə istinad edərək deyib ki, ABŞ sövdələşmədən imtina edən şəxsə milyardlarla dollar verməyə davam edir. "Hər dəfə Zelenski gələndə ona 100 milyard dollar veririk. Tarixdə başqa kimə belə pul vermişik? Heç vaxt, heç kimə”- Tramp xatırladıb.
Dünən Tramp yenidən Zelenskini ələ salaraq, Ukrayna prezidentinin ABŞ-dan pul oğurlamağı bacardığını əsas gətirərək onu “həyatda gördü ən böyük xakerlərdən biri” adlandırıb. \\Sherg.az