“Qərb burada Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışır” – Lavrov Abxaziyadan niyə narahatdır?

19-10-2024, 15:14           
“Qərb burada Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışır” –
“Qərb ölkələri Rusiyaya qarşı “ikinci cəbhə” açmaq və Abxaziya və Cənubi Osetiyada qeyri-sabitlik yaratmaq cəhdlərini dayandırmırlar”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın XİN başçısı Lavrov İstanbulda 3+3 platforması çərçivəsində keçirdiyi mətbuat konfransında bəyan edib.

“Gürcüstana gəlincə, çox ciddi problemlərdən biri Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləridir. Onlar yenidən “barıt çəlləyini” yandırmaq, Abxaziya və Cənubi Osetiyada vəziyyəti qeyri-sabit etmək niyyətindərilər” – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, burada müşahidə olunan risklərin əksəriyyəti Qərbin öz təsirini maksimuma çatdırmaq və Rusiyanın Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını sarsıtmaq cəhdləri ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru