Qərb Rusiyanı zəiflətmək istədiyi üçün Ukraynada münaqişəni davam etdirmək niyyətindədir. Sputnik. Aİ sammitlərində, təəssüf ki, Ukraynada atəşkəslə bağlı heç bir təklif yoxdur. Yaxın Şərq məsələsində isə bu cür çağırışlar müntəzəm olaraq eşidilir. Bunu Aİ sammitinin yekunlarından bəhs edən Slovakiyanın baş naziri Robert Fitso deyib. "Ukraynadakı münaqişə ilə bağlı heç vaxt belə bir təklif olmayıb: gəlin Aİ sammitinin yekunlarında atəşi dayandırmaq üçün nəyisə göstərməyə çalışaq" – "RİA Novosti" Fitsodan sitat gətirib. Siyasətçi qeyd edib ki, hətta Ukraynada döyüşlərin davam etdirilməsində müəyyən maraq var, ona görə ki, bu, Rusiya Federasiyası ilə mümkün sülh danışıqları zamanı Kiyevə kömək edə bilər. Slovakiyanın baş naziri bu yanaşmanı bölüşmədiyini vurğulayıb. Daha əvvəl Fitso bildirmişdi ki, Qərb Rusiyanı zəiflətmək istədiyi üçün Ukraynada münaqişəni davam etdirmək niyyətindədir.