Rusiyanın Avropa və ABŞ-dəki dondurulmuş aktivləri əsasında Ukraynaya 50 milyard dollar ayrılacaq

5-12-2024, 15:48           
Rusiyanın Avropa və ABŞ-dəki dondurulmuş aktivləri əsasında Ukraynaya 50 milyard dollar ayrılacaq
"Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya pul köçürmə proseduru artıq tamamlanır".

"Eurointegration" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken jurnalistlərə açıqlamasında deyib.

Dövlət katibi qeyd edib ki, ABŞ və Avropa İttifaqı arasında qısa zamanda Ukraynaya pulun köçürülməsi üçün razılaşdırılmış plan mövcuddur.

"İndi dondurulmuş aktivlərə əsasən, biz Ukraynaya ayrılacaq 50 milyard dolları almalıyıq. Bu pullar yaxın həftələrdə bizdən, eləcə də Avropadan gələcək və bu, gələn il bir müddət Ukraynaya dəstək olacaq", - o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.