Estoniya iyulun 1-dən Avropa İttifaqı (Aİ) Şurasının sədrliyinə başlayır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumaat görə, Estoniyanın sədrliyi dekabr ayının 31-nə kimi davam edəcək.
Aİ-yə üzv ölkələrin daimi nümayəndələri 2016-cı ildə qərar veriblər ki, Estoniya Böyük Britaniyanın əvəzinə 2017-ci ilin 2-ci yarısında Şraya sədrlik edəcək. Bundan əvvəl Estoniya Böyük Britaniyadan sonra sədrliyinə başlamalı idi.
Sədr olan ölkənin öhdəliklərinə Şuranın iclaslarının təşkili və işçi qruplarının fəaliyyəti daxildir.