Ermənistanın Qarabağla bağlı planı

27-07-2015, 22:21           
Ermənistanın Qarabağla bağlı planı
ATƏT-in Minsk Qrupunun həmsədrləri və Avropa Birliyi Şurasının sədri Donald Tusk İrəvan və Bakıda olsalar da, Ermənistan tərəfi danışıqlara məhəl qoymadan atəşkəsi intensiv formada pozmaqla məşğuldur. Ekspertlər hesab edirlər ki, Sarkisyan höküməti bu üsulla ermənilərin diqqətini daxillərindəki xaosdan yayındırıb, cəbhədəki gərginliyə çəkmək istəyir. Ermənistanın daxilində isə enerji tariflərinin artırılması ilə əlaqədar hökumətə qarşı çıxanların sayı günbəgün artır.

İctimaiyyətdə Qarabağ savaşının başlayacağı ilə bağlı da fikirlər dolaşır.

Bu məsələlərlə bağlı “Hafta.az-ın debatı” rubrikasında politoloq Mübariz Əhmədoğlunun və hərbi ekspert Azad İsazadənin fikirlərini təqdim edirik.

Politoloq Mübariz Əhmədoğlu Hafta.az-a açıqlamasında bildirib ki, ermənilər ənənəvi siyasətlərindən istifadə edirlər:

“İlanın başını sığallasan da, atasını söysən də o bir işi bacarır- sancmaq. Ermənistan da belədir. Onlarla hansı tonda danışsan üzərinə silah çəkirlər. Bu onların milli xüsusiyyətidir. Eyni zamanda, orada hakimiyyətdə olan adamlar da müharibə partiyasının şəxsləridir. Qurmaq yox, sökməyin tərəfindədirlər. Serj Sarkisyan xarabalıq yaratmaqla öyünən adamdır. Başqa şeyi bilmirlər. O cümlədən Ermənistanın daxilində də vəziyyət olduqca gərgindir. Öz daxillərinə də hazırkı hökumətləri yuxarıda söylədiyim qayda üzrə reaksiya verirlər. Ermənistan öyrənib ki, hər şeyə hay-küy salmaqla qarşılıq versin. Məqsədləri isə öz xalqlarını itaətkar vəziyyətdə saxlamaqdır. Ermənistan camaatının ən çox qorxduğu müharibənin başlamasıdır. Ona görə də qoşunların təmas xəttində vəziyyət gərginləşdiyi zaman ermənilər Ermənistanı tərk edirlər”.

Azad İsazadə isə bildirib ki, müharibə riski hər zaman var:

“Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi bağlanandan müharibənin başlaması riski hər zaman var. Sadəcə, söhbət riskin faizindən gedir. Hal-hazırda Ermənistan elə bir vəziyyətdədir ki, müharibəni özünün birbaşa aparmağa imkanı olmayacaq. Rusiyanın isə başı öz işlərinə qarışıb. Ona görə də müharibənin başlaması riski o qədər də yüksək deyil. Ermənistanda daxili vəziyyət qeyri-sabit olduğuna görə etirazlar çoxalsa, ölkə rəhbərliyi daxili problemlərdən diqqəti çəkmək üçün cəbhə zonasında təxribata əl ata bilər. Bugünkü böyük risklərdən biri ancaq budur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.