Müsavatda qiyam: - İsa Qəmbər partiyadan qovulsun

5-08-2015, 21:00           
Müsavatda qiyam: - İsa Qəmbər partiyadan qovulsun
Müsavat Partiyasının son qurultayından sonra partiya daxilində baş qaldıran parçalanma özünün yeni mərhələsinə qədəm qoyub.

Partiyanın keçmiş başqanı İsa Qəmbərin rəhbərlikdən getmək adı ilə özü yerini Arif Hacılıya verməsi və Müsavata faktiki rəhbərlik etməsi narazılar arasında ciddi etirazla qarşılanıb. Onlar İsa Qəmbəri partiya Nizamnaməsini pozmaqda ittiham edərək, partiyadan qovulmasını tələb edirlər.

Bununla bağlı informasiya Editor.az-a Müsavatdakı mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, hətta hazırki partiya rəhbəri Arif Hacılının adamları arasında da bu təklifə dəstək verənlər var:

“Onlar da hesab edirlər ki, İsa Qəmbər heç bir aidiyyatı olmadığı və partiyanın sıravi üzvü olduğu halda Müsavatda hegemonluq etməyə çalışır. İllərdir partiyanın inkişafı uğrunda can qoyan insanları Müsavatdan xaric edir. Bu isə birbaşa Nizamnamə pozuntusudur. Bu səbəbdən minlərlə müsavatçı partiya MNTK-sına müraciət edərək, İsa Qəmbəri partiyadan xaric etməyə çalışırlar”.

Mənbə bildirir ki, vəziyyətdən xəbərdar olan İsa Qəmbər partiyanın hazırki rəhbəri Arif Hacılıya “Kim bu təklifə dəstək verdisə, dərhal Müsavatdan qovulsun” tapşırığını verib.

“Partiya daxilində nəticə əldə edə bilməyəcəklərini görən müsavatçılar Müsavatın dövlət qeydiyyatının ləğv olunması tələbi ilə Ədliyyə Nazirliyinə müraciət edəcəklər” söyləyən mənbə bildirir ki, partiyanın mərkəzi qərərgahı qarşısında piket də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.