Bu nazirlərin qohumları YAP-ın deputat siyahısından çıxarıldı - Siyahı
21-08-2015, 15:57
Bu ilin parlament seçkisində YAP-ın siyahısında nazirlərin yaxın qohumları yer almayacaq
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə, qudası Qalib Salahzadə və s. Bu şəxslərin heç biri YAP-ın siyahısında yer almayacaq.
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, YAP-ın siyahısının hazırlanmasında bir neçə standart tətbiq edilir ki, bunlardan da biri nazir və yüksək rütbəli şəxslərin yaxınlarının siyahıdan kənar saxlanılmasıdır: "Hazırda parlamentin tərkibində xeyli sayda məmur qohumları var. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə, qudası Qalib Salahzadə və s. Bu şəxslərin heç biri YAP-ın siyahısında yer almayacaq. Çünki bu tendensiya ailə klanların yaranmasına gətirib çıxarırır”.
Mənbənin məlumatına görə, hazırda parlamentdə təmsil olunanan ali məktəb rektorlarının hamısı, iş adamlarının isə böyük bir qismi də YAP-ın siyahısında yer almayacaq: "Bu kateqoriyadan olan şəxslərin parlamentdə təmsil olunması maraqların toqquşmasına gətirib çıxarır ki, bu da siyasi hakimiyyət üçün izafi problemlər yaradır.”
Mənbəninin iddiasına görə, YAP-ın siyahısının elan edilməsinin gecikməsi də bu amillə bağlıdır: "YAP sədri İlham Əliyev ona təqdim edilən ilkin siyahıdan narazı qalıb və yeni siyahı hazırlamağı tapşırıb. Bu dəfə dairələr üzrə yerli və nüfuzlu şəxslərin siyahıya daxil edilməsi göstərişini varib. Bu həm də seçkidən sonra idarəetmədə aparılacaq islahatların başlanğıcı deməkdir. Seçkidən sonra nazirlərin yaxınlarının yüksək vəzifələrdən də təmizlənməsi prosesi başlayacaq”.