Tenderləri “udmaq” üsulu – Ötən il 1.2 milyardlıq tender kağız üzərində keçirilib

5-03-2021, 00:31           
Tenderləri “udmaq” üsulu –
Azərbaycanda 2020-ci ildə dövlət vəsaitləri hesabına açıq tender keçirilib. Açıq tenderlərin ümumi dəyəri 2. 152,8 milyon manat təşkil edib. Ortalama bir açıq tenderin dəyəri 891,8 min manat olub.

İqtisadçı Toğrul Maşallı bildirir ki, açıq tenderlər arasında 2321-i elektron satınalma üsulu ilə keçirilib. Başqa sözlə köhnə üsulla, yəni kağız üzərində 93 açıq tender baş tutub. Bəs onların dəyəri necə olub?

İqtisadçı bildirir ki, köhnə üsulla keçirilən açıq tenderlərin ümumi dəyəri 1. 222,8 milyon manat təşkil edib. Elektron tenderlərin dəyəri isə 930 milyon manat olub

“Yəni faktiki ən bahalı tenderlər nəyə görəsə elektron qaydada keçirilməyib”-deyə, ekspert vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru