Mikayıl Cabbarova qarşı siyasi ittiham - Kimlərə görəv verir?
22-04-2016, 11:55
Məlum olduğu kimi, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı keçirilir.Belə ki, məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə - imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. «Unikal»a daxil olan məlumata görə, imtahan prosesi tam elektronlaşdırılsa da, «barmaq» yeri qoyulub. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, ötən il keçirilən imtahanlardan fərqli olaraq, bu il nəticələrin elan edilməsi gecikdirilir. Belə ki, ötən il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanının nəticələri barədə məlumat imtahan başa çatdıqdan qısa müddət sonra telefon vasitəsiylə verilirdi. Yəni, imtahan verənlər qısa müddət ərzində keçib-keçmədiklərini bilirdilər. Amma bu il imtahan versələr də, direktor olmaq istəyənlər hələ də cavab ala bilməyiblər.Təbii ki, bunun özəl səbəbləri var. Apardığımız araşdırma zamanı məlub olub ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul imtahanı ilə bağlı məlumatın gecikdirilməsinə səbəb qaranlıq məqamlardı. Bizi bilgiləndirən şəxs deyib ki, artıq direktorlar verdiyi imtahanın nəticələrinə, bilik və bacarıqlarının səviyyəsinə görə müəyyənləşmir. Onun sözlərinə görə, nazirliyin yuxarı dairələri müəyyən məsələlərin həllindən sonra direktor olmaq istəyənlərə yaşıl işıq yandırır. Təbii ki, istisnalar da var. Belə ki, yerlərdə nüfuza sahib və imtahanın nəticələri yüksək səviyyədə olan şəxslərin direktor olması üçün şans tanınır.
Amma«Unikal» qəzetində məlumat verən bilgili şəxs deyib ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı test imtahanı prosesində daha ilginc məqamlar var. Belə ki, Təhsil Nazirliyinin rəhbərliyi bəzi radikal siyasi qurumlarla bağlı olan şəxslərin direktor seçilməsinə şərait yaradıb. Mənbə deyir ki, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasına yaxınlığı ilə seçilən, hətta bu partiyanın əsas dayaqlarından sayılan şəxslərin belə direktor təyin oluması istiqamətində iş gedir: "Son imtahanın nəticələri zamanı önə çəkilməsi nəzərdə tutulan namizədlərlə bağlı kiçik araşdırmadan sonra olduqca maraqlı məqamlar üzə çıxıb. Belə ki, bu dəfə qalib edilən, yəni, məktər direktoru təyin olunması nəzərdə tutulan namizədlər arasında xeyli sayda müxalif fikirli şəxslər də var. Artıq onların adları da bəllidir. Misal kimi Ağdam rayonunda anadan olmuş Bayramov Elman Fərman oğlunu qeyd etmək olar. Bu şəxs AXCP-nin əsas simalarından biridir. Özü də bundan əvvəlki seçkilərdə məntəqə üzvü kimi müxalifətin mövqelərini müdafiə edib. Hətta hakim Yeni Azərbaycan Partiyasının namizədi seçkidə qalib ola-ola qərəz nümayiş etdirərək protokola imza atmaqdan imtina edib. Ona görə də, partiya rəhbərliyi tərəfindən hər zaman ekstremal situasiyalarda gərəkli kadr kimi qəbul olunub. Onu da qeyd edim ki, Elman Bayramov Heydər Əliyevin məşhur əleyhdarlarından olan yazıçı,Qarabağ Xalq Yardımı fondunun rəhbəri olmuş Bayram Bayramovun qardaşı oğludur. Onunla bərabər daha 4 nəfər cəbhəçi də direktorluğa şanslı namizəddir. Maraqlısı isə odur ki, siyahıda təkcə bunlar deyil. Məndə olan məlumata görə, ölkə üzrə xeyli sayda məktəbdə müxalif fikirli, daha dəqiqi, AXCP fəalları olan şəxslərin məktəb direktoru olması üçün şərait yaradılıb”. Onu da nəzərə çatdıraq ki, həmin şəxslərə kimlərin «yaşıl işıq» yandırması ilə bağlı konkret məlumat yoxdur. Amma bu sistemdə baş verənləri nazirliyin rəhbər şəxslərindən xəbərsiz həyata keçirmək mümkün deyil. Buradan belə bir nəticə çıxır ki, müxalifətçilərin təhsil sisteminə bu şəkildə sızması nazirlik rəhbərliyinin razılığı əsasında baş tutub. «Unikal»ı bilgiləndirən mötəbər mənbə deyir ki, direktor seçimində kimlərinsə önə çəkilməsi təmənnasız baş tutmur. Amma siyasi müxalifətin nümayəndələrinin məktəb direktoru vəzifəsinə rahat şəkildə gəlməsinin arxasında başqa məqamlar var. Ya nazirlik rəhbərliyi kadr seçimində qeyri-peşəkarlıq nümayiş etdirir, ya da rəhbərliyin müəyyən siyasi maraqları var. Heç kimə sirr deyil ki, Azərbaycanda seçki sistemində önəmli rol oynayanlar təhsil işçiləridir. Xüsusən də məktəb direktorları seçki məntəqələrinin sədrləri olurlar və seçkiyə birbaşa nəzarəti həyata keçirirlər. Belə olan təqdirdə, cəbhəçilərin məktəb direktoru vəzifəsinə gətirilməsi və gələcəkdə onların seçki məntəqələrində sədr kürsüsünü tutmasına şərait yaratmaq deməkdir. Ekstremal situasiyada isə həmin şəxslərin seçkini necə sabotaj edə biləcəklərini təsəvvür etmək elə də çətin deyil. Bu səbəbdən də nazirliyin rəhbər şəxslərinin bütün bunlara göz yumması müəmmalı görünür. Ya həqiqətən də bu adamlar baş verənləri və baş verə biləcəkləri anlamırlar, ya da özləri bu sabotaj planının içindədir. Burada maraqlı bir məqam ortaya çıxır ki, növbəti direktor imtahanında nə qədər YAP nümayəndəsi uğur qazanıb? İlkin rəy odur ki, bu il YAP-dan olan qalib namizədlərin sayı xeyli azalıb. Yəni, onların yerini müxalifətçilər tutacaq. Hər halda, yaxın müddətdə bütün qaranlıq məqamlara aydınlıq gələcək.