Əli Abbasovdan Ramin Quluzadəyə “miras” qalan problemlər

22-04-2016, 12:01           
Əli Abbasovdan Ramin Quluzadəyə “miras” qalan problemlər
Məlumdur ki, ölkəmizdəki mobil operatorlar şəffaf fəaliyyət göstərmir. Bunu bütün ölkə vətəndaşları bilir və istifadə etdikləri mobil operatorların xidmətindən boyun qaçırmağın yollarını axtarırlar. Abunəçilərdən oğurlanan qəpiklərdən milyonlar qazananlar dəbdəbəli villalarda yaşayır, bahalı xarici avtomobillərdə gəzirlər. Yalan və oğurluqlarına özləri belə inanaraq düşünürlər ki, bu onların ağlının, savadının, ideya və təşəbbüslərinin məhsuludur. Lakin mobil operatorların abunəçiləri aldatmasının bir adı var – oğurluq!.

Sosial şəbəkələrdə, mətbuatda bu barədə yüzlərlə məqalə yazılıb. Hər dəfə məsələ ictimai rəydə “şişəndə” sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tv-lərdə bir neçə cümlə ifadə etməklə məsələnin qaydaya qoyulacağına əminlik ifadə edirdi. Sonradan məlum oldu ki, elə Əli Abbasovun özü də vətəndaşları “soyan” mobil operatorlarla əlbir olub. Məlum MTN işi və Eldar Mahmudovun ətrafında baş verənlər bir daha sübut etdi ki, Əli Abbasov milyonlarla (bəlkə də milyardlarla) dövlət vəsaitinin mənimsənilməsinə başına yığdığı “banda” vasitəsilə imza atıb. Onun efirlərə danışdıqları isə “filfilo”-dan başqa bir şey olmayıb. Rabitə sistemi “üstü bəzək, altı təzək” olmaqla Abbasov və ailəsinə milyonlar qazandırmaq üçün vasitə olub. Bu səbəbdən xalqın yaddaşında ən pis nazir kimi qalan Əli Abbasov Ramin Quluzadə ilə əvəzlənib.

Yeni nazirdən gözləntilərdən ən birincisi hər gün xalqın cibinə girən mobil operatorlarla bağlı ölçü götürülməsidir. Yəni, danışıq tariflərlərinin hədsiz baha olması, digər şəbəkə xarici operatorlara zənglərin ikiqat 14-15 qəpik çıxılması, zəng zamanı saniyələrin oğurlanması, (050) 211-lə başlayan nömrələrin 5-10 min manata satılması SMS-lərin vətəndaşlara göndərilməsi və digər onlarla negativ halların Ramin Quluzadə tərəfindən tənzimlənməsi vacibdir.

Faktinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.