"Azərsu" şefinə ünvanlanan haqlı suallar - Belə xidmət olmaz...

23-04-2016, 11:46           
"Azərsu" şefinə ünvanlanan haqlı suallar - Belə xidmət olmaz...
Binaların həyətinin qazılması, asfalt örtüklərinin dağıdılması, blokların deşilməsi, pilləkənlərin qəzalı vəziyyətə salınması, tavanının dağıdılması hesabına mənzillərə su çəkilir. Bunlar o səbəblə edilir ki, “Azərsu”ASC su təminatını yaxşılaşdırmaq, su itkisinin qarşısını almaq, mənzillərə verilən içməli suyun dəqiq “uçotu”nu aparmaq istəyir. Olsun, amma nə baş verir? “Azərsu” qazdığı, deşdiyi, dağıtdığı, istifadəsiz vəziyyətə saldığı blokları sonradan təmir edirmi?! Görülməli olan işləri sürətlə aparıb yekunlaşdırırmı?! Təbii ki, yox!. Əksinə, ASC-nin quraşdırdığı sayğaclar bloklarda səs yaradır, kiçik həcmli su nasosları kimi səslərə səbəb olur. Qazaraq yerə basdırdığı mərkəzi su xətləri izolyasiya olunmur, rezin borular normal qaynaq edilmir. Bu da sonradan təkrar qazıntıya səbəb olur.

ASC hər binanın blokunda azı 15-20 sayğac quraşdırıb. Eyni vaxtda bütün mənzillər sudan istifadə edir Belə olduqda sayğacların yaratdığı səsi ,abonentlərin su almaq üçün saygaclara oturtduqları vəsaitin “ buxarlanmasını”təsəvvür etmək elədə çətin deyil.

Sonda isə ölkə prezidentinə məlumat verirlər ki, bütün işlər qaydasında gedir və ya görülən işlər tamamlanıb. Həqiqət isə fərqlidir və ondan ibarətdir ki, “Azərsu” ASC normal layihə əsasında iş görmür. Qorxmaz Hüseynovun görülən işlərlə bağlı normal “proyekti” yoxdur. Yalandırsa, buyursunlar Nizami rayonu Ş.Mirzəyev küçəsi 123, 124, 65, 70, 72, 69-da yerləşən binalarında “Azərsu” ASC-nin gördüyü işlərlə tanış olsunlar.
Faktinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.