İcra başçısı, yoxsa çayxana sahibi? - təfsilat
25-04-2016, 13:38
Məhərrəm Quliyev bütün məmurlara tapşırıq verib ki, yalnız rayonun mərkəzindəki çay evinində otura bilərlər
Ağstafada yerli məmurlarla əhali arasında ciddi problemlər baş qaldırmağa başlayıb. Politika.Az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyinin əziyyətini çəkən əhali artıq torpaq, su və əkinçilik problemləri yaşamaqla yanaşı, məmurların özbaşınalığını da «dadırlar».
teref.az politika.az-a istinadən xəbər verir ki, Məhərrəm Quliyev açıq-aşkar pul qazanmaq üçün rayonda atmadığı addım qalmayıb. Onun sovet dövründən qalma obyektləri bir-bir ələ keçirdiyi, bəzilərini çay evlərinə, bəzilərini isə restorana çevirən icra başçısı bununla böyük pullar qazanmağa çalışır.
Məlumatlarda deyilir ki, Ağstafanın icra başçısı indi də Kür qırağındakı ərazilərə göz dikərək, orada özünə böyük bir restoran tikdirməyə çalışır. Bununla əlaqədar olaraq, Quliyevin artıq yer axtarışına başladığı və əlverişli məkan üçün diqqət yetirdiyi vurğulanır. Politika.Az xəbər verir ki, rayonun icra başçısı uyğun yer tapan kimi, orada böyük restoran inşa etdirib, bütün məmurları oraya cəlb edəcək.
Maraqlı məqamlardan biri də odur ki, Məhərrəm Quliyev rayonun mərkəzində özünə çay evi açdırıb. Gününün yarısını orada keçirən icra başçısı göstəriş verib ki, bütün məmurlar da vaxtlarını məhz həmin çay evində keçirməlidirlər. Əgər bir icra nümayəndəsi cəsarət edib rayon mərkəzindəki başqa bir çayxanaya və ya çay evinə getsə, onu ağır cəzalar gözləyir.
Maraqlıdır ki, Ağstafanın icra başçısı Məhərrəm Quliyev rayonu idarə etmək əvəzinə, bütün gücünü obyektlərinin dirçəldilməsinə vurub. Kənardan baxanlarda da belə bir təəssürat yaranır ki, o icra başçısından çox, çayxana sahibi kimi davranır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
teref.az