SİZİ DEYİB GƏLMİŞƏM - ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN,MİRZƏ CƏLİL!

26-04-2016, 16:34           
SİZİ DEYİB GƏLMİŞƏM - ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN,MİRZƏ CƏLİL!
Sizi deyib gəlmişəm,ey mənim əlil-zəlil,şəhid,milli qəhraman,qazi qardaşlarım!O kəsləri deyib gəlmişəm ki,QAN(sığorta) pulunu “sığorta Mamed”,sahibkarlığa yardım pulunu “şapka Mamed”,zibil pulunu “fond Mamed” yeyir.Düzdür,”fond Mamed” ayamalı Dövlət Sosial Müdafiə Fondunun maliyyə idarəsinin rəisiinin özü də fondun özü kimi arxivə atıldı,amma digər iki mamedlər əlillərin,şəhidlərin qanını sormaqda davam edirlər.Hələ ki,Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi eyni binada - qonşuluğunda qan soran dövlət sığorta qurumunun və sahibkarlığa kömək etməyə borclu olan qurumun rəhbərliyinə qarşı tolerantlıq göstərir.Yəqin qanpulundan “şapka” aldığına görə.
Bir də o kəsləri deyib gəlmişəm ki,mənim sözümə baxmayıb,qanpulunu almaqdan yana məhkəmələrə baş vururlar.Axı,birincisi,”şapka” verməsən,məhkəmədən nəinki haqqını ala bilərsən,əksinə,olan-qalan hüquq və azadlığından da olarsan.Lap tutaq ki,məhkəmə qanpulunu verməyə “sığorta Mamed”i borclu çıxardı,axı,elə sənin qanpulundan bu yol icra məmurları yararlanıb,icraya qadağa qoyacaq.Elə ola bilər ki,qanpulu bunların gözünü elə bağlayar ki,hesabına bir qəpik belə ödəmədən icranın təmin olunması haqqında qərar qəbul edilər.Bəli,qanpulundan hətta Ali Məhkəmə səviyyəsində rüşvət amacı ilə yararlanılır!Heç bir dövlət,hökumət,qeri-hökumət qurumu da qanpulundan yan keçə bilməyəcək.Gerçəkdə adı hökumətdən ayrı-“qeyri” olsa da bu qurumlar elə hökumət qurumlarıdır.Fikir verin,müharibə əlillərinə,şəhid ailələrinə ayrılan kommunal və s. xidmətlər əvəzi kompensasiyanı-“zibil pulunu” maliyyə qurumları necə yeyirsə,QQB-dən başqa heç bir əlil-veteran təşkilatının səsi çıxmır.Biz hələ bu kateqoqiya insanlara qanunda nəzərdə tutulan torpaq,qaraj,qeyri-yaşayış,infrastruktur obyektlərini demirik.Baxın,əlillər qaz,telefon,işıq və s. sosial infrastrukturla pulsuz təmin edilməli olduğu halda,onlardan zorla hətta eyni çəkilişə görə 2(??) dəfə haqq alınır.Kim bilməsə də,əlil-veteran təşkilatları kanalisaziyasız,qazsız,TV-siz,yolsuz,keçidsiz,həyətsiz,pandussuz(??),bir sözlə konslager tipli “əlil-şəhid MİLLİ QƏHRAMAN”evlərindən bilgilidirlər.Nədən onlar da “xala xətrin qalmasın” bu evlərin açılışında iştirak edirlər.Amma Prezidentin belə evlərdən xəbəri yoxdur.Niyə Prezident xarici səfərdə olanda onun bağışladığı evlər gizlin bölünür?Buradan korrupsiya iyi gəlmir?
Bilirəm yenə “saqqalım yoxdur” deyə sözümü qəribçiliyə salıb,ora-bura şikayət edəcək,intihara əl atacaq,özünüzü yandırmaqla “narkoman”,xuliqan”,”psix” adına iddia etməklə pis-pis işlərlə məşğul olub məni eşitməyəcəksiniz,amma mən də sözümü o kəslərə deyirəm ki,məni eşitmək istəmirlər.Odur ki,qulağınız mən də olsun...Sizi deyib gəlmişəm.
MƏĞRUR BƏDƏLSOY - TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.