Rüfət Quliyevin şirkətində qalmaqal

29-04-2016, 12:01           
Rüfət Quliyevin şirkətində qalmaqal
Səhmdarlar deputatdan narazıdır, qarşı tərəf isə onların etirazlarının qanunazidd olduğunu iddia edir

“European Tobacco Baku” ASC səhmdarlarına etirazına münasibət bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl “European Tobacco Baku”nun bir qrup səhmdarı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçiriblər. Azərbaycan bayrağı və eks-prezident Heydər Əliyevin şəkilləriylə Prezident Administrasiyasının önünə toplaşan şikayətçilər şirkətin direktoru, deputat Rüfət Quliyevdən narazıdırlar.

Onların sözlərinə görə, 110 səhmdar işdən çıxarılıb. “1999-cu ildən səhmdarıq. Rüfət Quliyevi biz direktor seçmişik. Hər il səhmdarların bir qismi işdən uzaqlaşdırılıb. Biz o şirkətdə canımızı qoymuşuq, ancaq iş vermirlər”, – deyə səhmdarlardan Gülarə Cəlilova deyib.

Şikayətçilər bildirir ki, illərdi dövlət idarələrinə etdikləri müraciətlərinə heç bir cavab verilmir.

“European Tobacco-Baku” ASC-dən isə Modern.az-a verilən açıqlamada isə səhmdarların etirazı qanunaziddir. Bildirilib ki, son vaxtlar müəssisədə işin həcminin azalması ilə əlaqədar əslində işçilərin, o cümlədən səhmdarların da ixtisara salınması zəruri olduqda ASC buna getməyib və 70 nəfər qanunverciliyə müvafiq olaraq əmək haqqının üçdə ikisi ödənilmək şərtilə məzuniyyətə göndərilib: “Bir neçə aydır ki, onlar bu güzəştdən istifadə edirlər. Təkcə son 2 ayda işləməyən 10 nəfər səhmdara 2 (iki) min manat yardım göstərilib. May ayında isə bütün səhmdarlara dividendlər ödəniləcək. Müəssisədə istehsal genişləndikcə və maliyyə vəziyyəti yaxşılaşdıqca, onlara ödənilən məbləğlər də artılıcaq.

Son aylarda hətta səhmdarlara elan olunub ki, kim öz səhmlərini satmaq istəyirsə, “European Tobacco-Baku” ASC-in rəhbərliyinin təşəbbüsü ilə “Evraziya” Məhdud Məsuliyyətli Cəmiyyəti onları nominal dəyərlərindən də ikiqat bahasına alacaq.

Lakin, səhmdarlar bildirirlər ki, onlara elə əvvəldən səhm payları az verilib, səhmlərin sayını və dividendlərin məbləğinin artırılmasını tələb edirlər. Bu məqsədlə onlar son illərdə bir qayda olaraq qrup halında (20-25 nəfər) ildə bir neçə dəfə müəssisənin qarşısına toplaşaraq, əsassız və qeyri-qanuni tələblər irəli sürürlər. Onlar dəfələrlə bu iddialarla müxtəlif məhkəmə instansiyalarına, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, hər dəfə də onların xahişləri təmin olunmayıb, tələblərinin əsassız olduğu qeyd olunub, müvafiq qərarlar çıxarılıb.

Buna baxmayaraq onlar öz qanunazidd əməllərini davam etdirir və hər ay 2-3 dəfə fabrikin qarşısına toplaşaraq hay-küy salır, müəssisənin normal iş ahəngini pozurlar”.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.