Asiyanın ən böyük bankiri dolları “maliyyə terrorçusu” adlandırdı

1-05-2023, 12:54           
Asiyanın ən böyük bankiri dolları “maliyyə terrorçusu” adlandırdı
Asiyanın ən zəngin bankiri, Hindistanın ən böyük banklarından biri olan Kotak Mahindra Bankın baş direktoru Uday Kotak ABŞ milli valyutasını tənqid edib.

O, dolların “dünyanın ən böyük maliyyə terrorçusu” olduğunu bildirib.

“Mən səmimi qəlbdən inanıram ki, dünyada ən böyük maliyyə terrorçusu ABŞ dollarıdır”, - deyə o, Dehlidə “ET Awards” mükafatlarının təqdimatı mərasimində bəyan edib.

Bankir açıqlamasına belə aydınlıq gətirib:
“Bütün pulumuz dollar hesablarındadır. ABŞ-də kimsə deyə bilər ki, sabah səhər onları çıxara bilməyəcəksiniz və bu qədər. İlişib qaldıq”.

Kotak həmçinin bildirib ki, dünya hazırda “alternativ ehtiyat valyuta axtarır”. O qeyd edib ki, indi ölkəsinin Hindistan rupisini ehtiyat valyutaya çevirməksi üçün doğru zamandır.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru