Neftin qiyməti oynadı

18-05-2015, 09:53           
Neftin qiyməti oynadı
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir.

ANS PRESS-in məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Texas” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar ucuzlaşaraq 59,69 dollar təşkil edib.

Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar bahalaşaraq 66,81 dollar olub.

Dünyanın aparıcı investisiya şirkətlərinin analitiklərinin proqnozuna görə, neft bazarında qiymət müharibəsi amerika-ərəb münasibətlərinin pozulması ilə yeni güc qazanacaq.

Xatırladaq ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.