Səkkizinci sinif şagirdinin adı niyə jurnala yazılmayıb? - FOTO/VİDEO

30-11-2023, 11:03           
Səkkizinci sinif şagirdinin adı niyə jurnala yazılmayıb? - FOTO/VİDEO
Gədəbəydə səkkizinci sinif şagirdinə növbəti tədris ilindən məktəbə gələ bilməyəcəyi deyilib.
Xezerxeber.az-ın məlumatına görə, şagirdin valideyni iddia edib ki, məktəbin direktoru səkkiz il uşağı xəlvət oxudaraq, adını jurnala yazmayıb. Məktəbə yeni direktor təyin ediləndən sonra isə vəziyyətin fərqli olduğu anlaşılıb.
Sözügedən məsələdə valideyn məktəbi, məktəb isə valideyini ittiham edib.
Gədəbəy rayonunun Şahdağ kənd sakini Mehparə Abdullayeva iddia edib ki, səkkizinci sinif şagirdi olan qızı bu günə kimi orta məktəbdə oxusa da, adı qeydiyyata salınmayıb.
Məktəbdən ailəyə bildirilib ki, şagirdin məktəb həyatı bu il yekunlaşacaq və o, digər siniflərdə təhsilinə davam edə bilməyəcək.
Şahdağ kənd orta məktəbinin direktoru Rəşad Mirzəyev bildirilib ki, sözügedən şagird üçün orta məktəbin birinci sinfinə vaxtından gec müraciət edilib. Mövcud qaydalara görə, uşaq səkkiz yaşından sonra müraciət etdiyindən o, fərdi təhsilə cəlb edilib.
Valideyn bildirib ki, onun övladına bu müdddət ərzində fərdi qaydada yox, digər şagirdlərlə birgə dərs keçilib. Məktəb rəhbərliyi isə bu fikirlərin əsassız olduğunu bildirib.
Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.