I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib
6-07-2024, 15:53
I yarımildə 103 milyon manata yaxın güzəştli kredit verilib Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2 744 layihənin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verib. Bu barədə Fonddan bildirilib.
Məlumata görə, verilmiş kreditlər hesabına 1 556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.