"İstehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında"
11-07-2024, 10:18
Çox da uzaq olmayan dövrə qədər, 2010-cu ilə qədər bu sahədə olan ödənişlər daha çox və ən azından bu sahədə xəsarət alan işçinin və ya onun ailə üzvünün tələbatını daha yaxşı ödəyirdi.
2010-cu ilə qədər bu sahədə olan ödənişlər daha çox idi, ən azından işçini və onun ailə üzvlərini müəyyən mənada təmin edirdi. Hal hazırda qüvvədə olan "İstehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" haqqında Qanunda isə bu təminatlar DAHA AZ nəzərdə tutulur, XÜSUSƏN BİRDƏFƏLİK Sığorta Ödənişləri SAHƏSİNDƏ.
Bir faktı nəzərə almaq lazımdır ki, istehsalatda sağlamlığını itirmiş və ya vəfat etmiş şəxs-yalnız əmək haqqıni itirmir, eyni zamanda ailısinə maddi, mənəvi,ailə, məişət və digər köməkləri də edə bilmir.
Hal hazırda qüvvədə olan bu Qanuna əsasən bu hallarda işçiyə, digər faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir:
1. Aylıq sığorta ödənişi;
2. Birdəfəlik sığorta ödənişi;
3. Əlavə sığorta ödənişi.
1. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.
2. Birdəfəlik sığorta ödənişi yuxarıda qeyd olunan Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:
2.1.Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə.
2.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.
2.3.Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.
2.4. Birdəfəlik sığorta ödənişi hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.
3. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar: müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
4. Aşağıda göstərilən şəxslər Qanuna əsasən faydalanan şəxs sayılırlar:
4.1. Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar.
4.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:
Sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; sığorta olunanın himayəsində olmuş və onun 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaq, nəvə, qardaş və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
4.3. Əmək qabiliyyəti olmayan və ya itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür:18 yaşına çatmamış uşaqlar; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək;ata, ana, ər, arvad, övlad pensiya yaşına çatmışdırsa və yaxud əlilliyi olan şəxsdirsə.
5. Sığortaçı-sığorta ödənişini yuxarıda qeyd olunan Qanunla müəyyən edilmiş müddətdə
ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Azər Quliyev.
TEREF