Əski hərəkatçı və Qarabağ döyüşçüsü Qurban Mahmudov vəfat etdi
26-11-2017, 23:29

Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olan, Qarabağ savaşının iştirakçısı, "Boz Qurd" batalyonunun döyüşçüsü Qurban Mahmudov üzün çəkən xəstəlidən sonra vəfat etdi. Ürəyində Qarabağ niskili aparan Qurban bəy 1962-ci ildə Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olub.
1982-ci ildə Bakıya gəlib.
1988-ci ildən Meydan hərəkatına qoşulub. AXC MK-nin üzvü, "Boz Qurd" batalyonunun döyüşçüsü olub.
2017-ci noyabrın 24-də uzun çəkən xəstəlikdən sonra vəfat edib.
Bütün hərəkatçıların adından teref.az ailəsinə baş sağlığı verir!!
Tanrı ruhunu şad etsin.
Eh, nə deyim üzüqara torpağa?
Sıxır bir-bir sinəsinə dostları...
Fələk vurur.., beyqafildən aparır,
Yetəmmirik nəfəsinə dostların.
Bağça verir, bəhrəsini yedirmir,
Bəla verir.., dərmanını yetirmir.
Balasının xoş gününə götürmür,
Hey götürür bəd səsinə dostların.
Könül-könül çiçəklənib getdilər,
Xəlbirlənib, ələklənib getdilər.
Şüşə kimi çiliklənib getdilər,
Həsrət qaldlq çöhrəsinə dostların.
Etibar Qerib