Yaponiyada yeni “Amfibi qüvvələri” yaradıldı

8-04-2018, 11:01           

Yaponiyanın Özünü Müdafiə Qüvvələrinə yeni “Amfibi birliyi” əlavə edilib. Modern.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Birliyin əsas vəzifəsi Kyüsü adası ilə Tayvan arasındakı adaların mümkün ələ keçirilməsi fonunda həmin adaların müdafiəsi və geri qaytarılması olacaq.

Birliyin şəxsi heyyətinə xüsusi təlim keçmiş 2.1 min nəfərin daxil olduğu bildirilir. Bu rəqəmin yaxın zamanlarda 3 min nəfərə çatdırılacağı planlaşdırılır. Birliyin istifadəsinə MV-22 Osprey konvertoplanı və 50-ə yaxın amfibi maşınlar verilib.

Ekspertlər isə birliyin əsas hədəfinin Tokio və Pekin arasında mübahisə obyekti olan Senkaku (Çin mənbələrində Dyaoyuydao) adaları olacaq. Bu adalar zəngin qaz yataqları ilə hər iki dövlətin diqqətini özünə cəlb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.