Hindistanda arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı

9-07-2025, 11:16           
Hindistanda arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
Hindistanda arı sürüsü təyyarənin gövdəsini örtərək uçuşu gecikdirib.

Bu barədə "Times of India" nəşri məlumat yayıb.

Suratdan Caypura gedən "IndiGo" reysi insidentə görə azı 50 dəqiqə gecikib. İlk olaraq təyyarənin yük anbarının lükü ətrafında dövrə vuran arıları aviaşirkətin baqaj yükləyən əməkdaşları görüblər və dərhal aviaşirkət və hava limanının əməkdaşlarına xəbərdarlıq ediblər.

"Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları uzaqlaşdırmaq üçün yanğınsöndürən maşından gələn su axınından istifadə ediblər", - hava limanının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanğınsöndürənlər əvvəllər belə halla qarşılaşmayıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru