“Uğur Kredo Lombard”-da DVX yoxlama aparıb - SANKSİYASI TƏTBİQ EDİLİB

Bu gün, 11:34           
“Uğur Kredo Lombard”-da DVX yoxlama aparıb -   SANKSİYASI TƏTBİQ EDİLİB
“Uğur Kredo Lombard” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində bir neçə akt tərtib olunub və nəticədə ümumilikdə 17278.50 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az-ın əldə etdiyi məlumata əsasən, şirkətə tətbiq olunan maliyyə sanksiyalarının səbəbləri müxtəlifdir.

Belə ki, pul vəsaitlərinin uçotdan gizlədilməsi, malların qanunvericiliyə uyğun rəsmiləşdirilməməsi, habelə fiziki şəxslərlə əmək münasibətlərinin əmək müqaviləsi bağlanmadan həyata keçirilməsi faktları aşkarlanıb.

Qeyd edək ki, cəmiyyətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Sərxan Əliyev Rasim oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.