Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

8-12-2019, 11:36           
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO
Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib.

40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.

Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi. O, 2007-ci ildə İstanbulda keçirilən “Best Model of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olmuşdu.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru