Beren Saat: "Məşhurluq sanki həbsxanadır"

13-12-2019, 11:01           
Beren Saat: "Məşhurluq sanki həbsxanadır"
Türkiyənin məşhur aktrisası Beren Saat tanındıqdan sonra həbsxana həyatı yaşamağa məcbur qaldığını açıqlayıb.

“Based İstanbul” jurnalına müsahibə verən aktrisa 9-10 yaşları olanda “Aşk-ı Memnu”da tərəf müqabili olan Selçuk Yöntemin tamaşasını izlədikdən sonra aktrisa olmağa qərar verdiyini açıqlayıb.

Beren Saat türk filmlərini bəyənmədiyini, daha çox komediya filmlərinə çəkildiyini bildirib:

“Hazırda musiqi, kitab və teatr sahələrində xeyli inkişaf var. Amma Türkiyə istehsalı olan filmlərdə bu proses yoxdur. Çünki daha çox komediya filmləri çəkilir”.

“Məşhur olmaq necə bir hissdir?” sualına aktrisa məşhurluq, populyarlığın tanınana kimi yaxşı olduğunu qeyd edib:

“Amma məşhur olduqdan sonra elə bil həbsxanaya düşürsən”.

Qeyd edək ki, Beren Saat “Netflix”in yeni Türkiyə istehsalı olan “Atiye” serialında baş rolla ekrana geri dönür.
moderator












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru