Emin Ağalarov sevgi etirafı edəcək

21-02-2021, 23:51           
Emin Ağalarov sevgi etirafı edəcək
Xanımı Alyona Qavrilovadan ötən il boşanan Emin sentyabrın ortalarında yeni "Fatimə" mahnısı ilə pərəstişkarlarını çaş-baş salmışdı.

Uzun müddət susqunluqdan sonra Azərbaycanın Xalq artisti Emin Ağalarov martın 5-də həmkarları ilə birlikdə "Sevgi etirafı" adlı konsertdə iştirak edəcək. Müğənni özünün Instagram-dakı səhifəsinin hekayə bölməsində bildirib ki, 8 Mart bayramına həsr olunan konsert Moskvada keçiriləcək.

Ağalarovdan savayı, konsertdə Polina Qaqarina, Dmitri Malikov, Pelageya, Yelena Vaenqa, Lev Leşşenko, Aleksandr Marşal, Diana Arbenina və digər ifaçılar çıxış edəcəklər. Konsertdə həm populyar, həm də yeni mahnılar səslənəcək.

Ağalarov da təzə mahnılarından birini konsertdə təqdim etmək niyyətindədir.

Qeyd edək ki, xanımı Alyona Qavrilovadan ötən il boşanan Emin sentyabrın ortalarında yeni "Fatimə" mahnısı ilə pərəstişkarlarını çaş-baş salmışdı.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru