Ağ Evin “Youtube” hesabının şərh bölümü bağlanıb 22-02-2021, 05:04 Ağ Evin “Youtube” kanalındakı hesabında şərh bölümü deaktiv edilib.APA TASS-a istinadən xəbər verir ki, istifadəçilərin Ağ Evin yerləşdirdiyi məlumatlara münasibət bildirmək imkanlarını itiriblər.Bu qərarı tərəflərdən kimin verdiyi açıqlanmayıb. Ağ Ev öz növbəsində yaranmış vəziyyətlə bağlı münasibət bildirməyib. Facebook-da paylaş