Məşhur müğənni YOXA ÇIXDI

22-02-2021, 16:46           
Məşhur müğənni YOXA ÇIXDI
Ukrayna və sovet estrada müğənnisi, SSRİ xalq artisti Sofiya Rotarudan xəbər almaq olmur.

Bu barədə onun oğlu, müğənninin "Villa Sofiya" hotelini idarə edən Ruslan Yevdokimenko deyib.


Müğənninin fevralın əvvəlindən xüsusi gecədə çıxışından sonra barəsində heç bir məlumat almaq mümkün olmasa da, hələlik hüquq mühafizə orqanlarına bununla bağlı xəbər verilməyib.

Oğlu hesab edir ki, anası zəngi əhəmiyyətli hesab etmədiyindən telefona cavab vermir, Xalq artistinin başına pis heç nə gəlməyib.

O hətta anasına etdiyi cavabsız zəngin ekran şəklini "Instagram" səhifəsinin hekayə bölməsində də paylaşıb.

Ruslan Yevdokimenkonun anasının adını telefonuna "ana" yox, "Sonya" kimi qeyd etməsi də izləyicilərin diqqətindən yayınmayıb.

Sonuncu dəfə Sofiya Rotaru fevralın əvvəlində, voronejli biznesmenin ziyafətində görünüb.

Qeyd edək ki, R.Yevdokimenkonun atası Anatoli Yevdokimenko musiqiçidir. Rotarunun nəvəsi isə artıq model kim məşhurlaşıb. /big

7News.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru