Jurnalistə canlı yayımda təcavüz - Video

30-11-2021, 11:16           
Jurnalistə canlı yayımda təcavüz - Video
İtaliyada Empoli-Fiorentina futbol matçından sonra stadionun çıxışında canlı yayım edən jurnalist Greta Bekkaqila zorakılığa məruz qalıb.

Teleqraf.com xəbər verir ki, “Toxkan” TV-nin reportiyoru canlı yayımda olarkən stadiondan çıxan tərəfdarların fiziki və söz təcavüzü ilə üzləşib.

Canlı yayım zamanı azarkeşlərdən biri ona əl atıb. Başqa bir tərəfdar isə mikrafonda danışmaq adı ilə uyğun olmayan ifadələr işlədib və barmaqla hansısa işarələr göstərib.

Hadisədən sonra Greata polisə müraciət edib. 45 yaşlı təcavüzkar müəyyən edilərək saxlanılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.