Afrikanın ən böyük küçə festivalı ləğv edildi

1-12-2021, 09:02           
Afrikanın ən böyük küçə festivalı ləğv edildi
Hər il Nigeriyada təşkil olunan və Afrikanın ən böyük küçə festivalı sayılan “Kalabar” bu il koronavirusun “omikron” ştammı ucbatından ləğv edilib.

Bu barədə tədbirin keçiriləcəyi eyniadlı əyalətin rəhbəri Ben Ayade məlumat verib.

O, qərarın ictimai təhlükəsizlik səbəbindən qəbul edildiyini bildirib.

Qeyd edək ki, Kalabar vilayətində keçirilən festivala bir qayda olaraq, dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılır.

Mənbə: TRT












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.