Məşhur müğənni biznesmenə ərə getdi - FOTO

6-12-2021, 18:30           
Məşhur müğənni biznesmenə ərə getdi - FOTO
Məşhur rusiyalı müğənni, "Блестящие" qrupunun eks-solisti Olqa Orlova gizlincə ərə gedib.

Teref.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat yayıb. O, Valeri adlı biznesmenlə ailə həyatı qurduğunu açıqlayıb.

"Uzun müddət fikirləşdim və sizinlə də paylaşmaq qərarına gəldim. Bu barədə məndən xəbər tutmağınızı istədim. Tanızlığımızın ikinci il dönümündə nikah kağızına (sentyabrın 27-də) imza atdıq.

Həmişə inanırdım ki, yer üzündə haradasa, onu ​​axtardığım kimi məni də axtaran kimsə var. Və onunla görüşdüm. Çox xoşbəxtəm. Və bunu sizinlə bölüşürəm.

Təkrarlamaqdan yorulmayacağam ki, qırxdan sonra həyat təzə başlayır!" deyə, Olqa yazıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.