“Buz dövrü” cizgi filminin yeni treyleri yayımlanıb - VİDEO
7-01-2022, 09:55
“Disney” studiyası franşizanın əsas personajlarından biri haqqında “Buz dövrü: Bakın macəraları” cizgi filminin yeni treylerini yayımlayıb. Onun premyerasının yanvarın 28-də “Disney+”da olacağı gözlənilir.
Animasiya lentinin süjeti Bak adlı gəlinciyin macəralarından bəhs edir. Qəhrəman filmdə ilk dəfə 2009-cu ildə, “Buz Dövrü 3: Dinozavrların Əsri” seriyasında görünüb. Bu seriyada isə sevimli heyvana ayrıca bir hekayə həsr olunub. Treylere görə, seriyada əvvəlki hissələrdən tanış olan personajlar da iştirak edəcək: Mamont Menni, ərincək Sid, dələ Skrat, qılınc dişli pələng Dieqo və opossumlar.
Eradan əvvələ aid heyvan macəra franşizasının son hissəsi “Buz Dövrü: Toqquşma Qaçılmazdır” 2016-cı ildə işıq üzü görüb. Həmin vaxt film 105 milyon dollarlıq büdcə ilə 400 milyon dollardan çox pul qazanmışdı.