“Grammy” mükafatının verilməsi təxirə salındı

7-01-2022, 10:37           
“Grammy” mükafatının verilməsi təxirə salındı
Yanvarın 31-də ABŞ-ın Los-Anceles şəhərindədə (Kaliforniya ştatı) keçirilməsi planlaşdırılan “American Music Grammy” mükafatlarma mərasimi koronavirusun “Omikron” ştammının yayılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edilir ki, şəhər və dövlət orqanlarının, sağlamlıq və təhlükəsizlik mütəxəssislərinin, ifaçılar ictimaiyyətinin və çoxsaylı tərəfdaşların, səsyazma akademiyası və CBS telekanalının iştirakı ilə vəziyyət diqqətlə nəzərdən keçirdikdən və təhlil etdikdən sonra belə qərar verilib.

Tədbirin təşkilatçılarının verdiyi məlumata görə, 64-cü İllik “Grammy” mükafatının verilmə tarixi daha sonra açıqlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.