İtaliyalı idman diktoru Diletta Leotta və türk aktyor Can Yamanın sevgisi bitsə də, sevgi ilə bağlı iddialar bitməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Söyləməzsəm" verilişinin şərhçiləri Bircan Bali, Seren Serengil və Arto Can Yaman-Diletta Leotta münasibətləri müzakirə ediblər.
Bir müddət əvvəl Can Yamandan ayrılan Diletta Leotta İtaliyada qatıldığı verilişdə Can Yamandan ayrıldığını və çox üzüldüyünü açıqlayıb.