Dimaş Kudaibergen xalqı dəstəkləyib 3 milyonluq hesabını sildi
8-01-2022, 07:40
Qazaxıstanın əməkdar artisti Dimaş Kudaibergen xalqı dəstəkləyən paylaşım edib.
Bizimxeber.az bildirib ki, o, postunda əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün sistemli və konkret tədbirlərin görülməsinin zəruri olduğunu bildirib, həmçinin soydaşlarını sakitliyə və həmrəy olmağa çağırıb.
Kudaibergen Qazaxıstanda etiraz aksiyaları ilə bağlı paylaşım etdikdən sonra "İnstaqram" hesabını silib. Qeyd edək ki, əməkdar artistin səhifəsinə 3 milyondan çox insan abunə olub.