Proteinsiz pəhrizlər sağlamlıq üçün təhlükəlidir

20-06-2025, 11:08           
Proteinsiz pəhrizlər sağlamlıq üçün təhlükəlidir
Son illərdə arıqlamaq məqsədilə tətbiq edilən bəzi ekstremal pəhrizlər zülaldan tamamilə uzaq durmağı təklif edir.
Bu barədə dietoloq İrina Fedotova “Metabolizm və Qidalanma” proqramında xəbərdarlıq edib. Onun sözlərinə görə, zülal əzələ toxumasının bərpası və fermentlərin sintezi üçün vacibdir.Zülal çatışmazlığı halsızlıq, saç tökülməsi və dəridə problemlərlə nəticələnə bilər. Fedotova qeyd edir ki, gündəlik enerji ehtiyacının azı 15-20 faizi zülaldan təmin olunmalıdır. Xüsusilə fiziki aktiv şəxslər və idmançılar üçün bu göstərici daha yüksək olmalıdır. Zülal həm də uzun müddətli toxluq hissi yaradır, bu isə artıq qida qəbulunun qarşısını alır.Toyuq əti, yumurta, paxlalılar və süd məhsulları ideal zülal mənbəyi sayılır. Mütəxəssis balanslı qidalanmanın vacibliyini vurğulayır və mono-pəhrizlərdən çəkinməyi tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru