Alla Puqaçova rusların intellektinin aşağı olmasından şikayətləndi - VİDEO
31-05-2022, 12:04
Rusiyanın məşhur müğənnisi, primadonna Alla Puqaçova Moskvanın Kiyevə qarşı müharibəyə başlamasından sonra ailəsi ilə birgə İsrailə köçüb. Müğənni bu səbəbdən daha çox Rusiya cəmiyyətinin diqqət mərkəzindədir, onu tez-tez təhqir edirlər. Hətta Alla müharibəyə qarşı çıxdığı üçün "Ostankinodan aşağılanan" müğənnilər siyahısına düşüb.
Bu gün isə primadonna özünü instagram səhifəsində gül bağçasında qısa videosunu paylaşıb. O paylaşıma belə bir cümlə də əlavə edib:
"İntellekt nə qədər aşağı olarsa, təhqirlər də bir o qədər yüksək olar. Əmin amanlıq içində yaşa, ölkə!".