Böyük Britaniyadan unikal eksperiment: Arktikanın "dondurulması" üçün 13 milyon dollar ayrıldı

24-06-2025, 09:22           
Böyük Britaniyadan unikal eksperiment: Arktikanın "dondurulması" üçün 13 milyon dollar ayrıldı
Böyük Britaniya hökuməti Arktikada elmi eksperimentin keçirilməsi üçün 13 milyon dollardan çox vəsait ayırıb.

Oxu.Az bildirir ki, bu barədə "The Times" xəbər yayıb.

Qeyd olunub ki, eksperiment çərçivəsində Kembridc Universitetindən doktor Şon Fitsceraldın rəhbərlik etdiyi alimlər qrupu buz örtüyünün qalınlığını artırmaq üsullarını öyrənəcəklər.

Bu işdə onlara xüsusi robotlaşdırılmış qurğular kömək edəcək.

Təcrübə Kanadanın Arktik arxipelaqına daxil olan Viktoriya adasında aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru