Pərvizlə çəkdirdiyi foto Türkana baha başa gəldi: "Evinizdə "lasin" geyinən xanım yoxdur?" - FOTO/VİDEO

5-02-2024, 00:01           
Pərvizlə çəkdirdiyi foto Türkana baha başa gəldi:
"Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda müğənnilərin səhifəsinə "qaçıb" xoş olmayan şərhlər yazırlar. Şalvar geyinirsən "vay", "lasin" geyinirsən "vay"... Biz lüt gəzmirik ki... Əynimə şalvar geyinmişəm də..."

Bu sözləri müğənni Türkan Vəlizadə sosial şəbəkə hesabında çəkib paylaşdığı videoda deyib.

Sənətçi duet ortağı Pərviz Bülbülə ilə hava limanında çəkilən fotoda əyninə "lasin" geyindiyinə görə izləyicilər tərəfindən tənqid olunmasına sərt şəkildə reaksiya bildirib:

"Biz müğənniləri tənqid edənlərədir sözüm, bəyəm sizin evinizdə şalvar və "lasin" geyinən xanımlar yoxdur? Allah sizə göz verib, açın onları baxın da... Onların bəziləri də öz içimizdən (şou əhlini nəzərdə tutur - red.) olanlardı. Saxta profillərlə kimdən xoşları gəlmirsə, xoş olmayan şərhlər yazırlar. Onsuz da yazdığınız o pis şərhlər elə özünüzdə qalacaq. Ona görə də, gedin işinizlə məşğul olun. Bu şəkildə isə (duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə olan fotosunu ekranda nümayiş edir) mən "lasin" geyinmişəm. Gözünüzü yaxşı açın baxın!".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru